Siyasi tarix siyasi hadisələrin, ideyaların, hərəkatların, hökumət orqanlarının, seçicilərin, partiyaların və liderlərin təsviri və tədqiqidir.[1] Tarixin digər sahələri ilə, o cümlədən diplomatik tarix, konstitusiya tarixi, ictimai tarix, xalq tarixilə sıx bağlıdır. Siyasi tarix böyük cəmiyyətlərdə hakimiyyətin təşkili və fəaliyyətini öyrənir. Təxminən 1960-cı illərdən başlayaraq, rəqabət aparan alt fənlərin, xüsusən də sosial tarix və mədəniyyət tarixinin yüksəlişi, diqqəti siyasi elitaların fəaliyyətinə yönəltməyə meylli olan "ənənəvi" siyasi tarixin nüfuzunun azalmasına səbəb oldu. 1975-ci ildən 1995-ci ilə qədər iki onillikdə Amerika universitetlərində sosial tarixlə eyniləşdirilən tarix professorlarının nisbəti 31%-dən 41%-ə yüksəldi, siyasi tarixçilərin nisbəti isə 40%-dən 30%-ə düşdü.[2]